2009-cu ildən İT xidmətləri göstərən şirkət olaraq “RayTech” MMC sürətli poçt daşıması lisenziyası əldə etməklə əlavə yeni fəaliyyət istiqaməti müəyyən etmişdir. Belə ki, www.glex.az internet səhifəsi üzərindən müştəriləri yüksək keyfiyyətli xidmətlə təmin etməyi məqsəd seçməklə xarici e-ticarət səhifələrindən sifariş edilən, lakin Azərbaycana çatdırılması mümkün olmayan sifarişlərin müştəriyə təslim edilməsini təmin edir. www.glex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməklə, müştərilərimizə keyfiyyətli xidmət göstərmək üçün müasir trendləri izləyir.

İlkin olaraq Türkiyə-ticarət səhifələrindən edilən alış-verişlərin Azərbaycana çatdırılmasını yerinə yetirməklə fəaliyyətə başlasaqda, daima yeni ticarət istiqamətlərinin də fəaliyyətimizə əlavə edilməsini təmin edəcəyik.

Yeni olmağımıza baxmayaraq məqsədimiz məşğul olduğumuz sahədə oncüllərdən olmaqdır. İşgüzar fəaliyyətimizi genişləndirmək və gündəlik işimizdə həvəslə çalışmaq üçün həqiqətən müştərilərimizin maraqlarına uyğun xidmət göstərməkdir. Hədəflərimizə çatmaq üçün güclü texniki bazaya və eyni zamanda müasir idarəetmə təcrübəsinə malik komandamız vardır.