İstifadəçi razılaşması

1.İstifadəçi Razılaşmasının predmeti.

1.1. “HIGH TECHNOLOGIES ENTERPRISE MMC” Şirkəti (bundan sonra – “İcraçı”) İcraçının Dünyanın müxtəlif ölkələrində yerləşən anbarlarından hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq  www.glex.az saytında  qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki  və hüquqi  şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir. 

1.2. “www.glex.az” üzərindən qeydiyyat ödənişsizdir və sərbəstdir. Qeydiyyat  www.glex.az   saytında həyata keçirilir. Səhifə üzərində qeydiyyatdan keçməklə Müştəri hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir. 

1.3. Müştəri Razılaşmanın hər hansı bir bəndi ilə razılaşmazsa, o zaman İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur. 

1.4. Hazırda istifadə olunan Razılaşmaya ediləcək hər hansi bir dəyişiklik hüququnu İcraçı öz öhdəliyində saxlayır, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.glex.az saytında dəyişikliklərin yerləşdirilməsi öhdəliyini götürür. 

1.5. Göstərilən xidmət müqabilində İcraçı Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır. 

 

2. Xidmətlərin təsviri. 

2.1. İcraçı Müştəriyə məxsus olan sifarişin sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən ödəniş aparılmış malların alınması üçün şirkətin dünyanın müxtəlif ölkələrində yerləşən, anbarların ünvanının təqdim edilməsi üzrə xidmətlər göstərir. Təqdim edilən Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin internet resurları uzərindən əldə etdiyidir, Bağlama - Azərbaycana göndərilməsi üçün bağlanmış olan maldır. 

2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun. 

2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir. 

2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.   

 

3. Sifarişin rəsmiləşdirilməsi. 

3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.  

3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür. 

3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (HIGH TECHNOLOGIES ENTERPRISE MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir.  Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda  HIGH TECHNOLOGIES ENTERPRISE MMC heç bir məsuliyyət daşımır. 

3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir. 

3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir.  Mal yalnız  alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur.  Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz. 

3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin  www.glex.az  saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının  anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir. 

3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır. 

3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır. 

3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti  anbardan göndərilməsi anından etibarən  5-10 iş günü təşkil edir. 

3.10. Nəqletmənin qiyməti  haqqında  məlumat  malın  Azərbaycan  ərazisinə  gəlib çatması  ilə Müştərinin şəxsi  səhifəsində  əks  olunur. 

3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini  müvafiq  bildirişin Müştərinin  www.glex.az  saytında  qeydiyyat  zamanı  göstərdiyi  elektron ünvana göndərilməsilə malı almağın mümkünlüyü  haqqında  xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti 30 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir.  Müştəri  tərəfindən  həmin malın  alınmaması halında Azərbaycandakı anbara malın daxil 

olmasından 30 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir. 

3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: www.glex.az  saytında  müvafiq  bölmədən  etibar  etdiyi  şəxslərin məlumatlarını  əvvəlcədən elavə  etmiş  olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə). 

3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir. 

 

4. Müştərinin vəzifələri.

4.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür. 

4.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır. 

4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir. 

4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.glex.az  şəxsi hesabında izləmək öhdəliyini götürür. 

4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq  hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir. 

4.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək və ya elektron lövhədə imzasını atmaq. 

4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək. 

4.8. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN  kodunu,  yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.glex.az  saytında  qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür. 

 

5. İcraçının vəzifələri. 

5.1. İcraçı Müştəriyə  www.glex.az  saytında Xidmətlərin təsvirinə onun tariflərinin yerləşdirilməsinə, Xidmətə aid sosial hesablardan məlumatların paylaşılmasına, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, 

Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan HIGH TECHNOLOGIES ENTERPRISE MMC-yə məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun. 

5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər. 

5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək. 

 

6. Gömrük rəsmiləşdirməsi.

6.1.Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.glex.az  veb saytında bəyan edilməsi  (göndərənin adının, malın adının və onun invoive sənədinin təqdim edilməsi)  mütləqdir.  Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır 

6.2. Azərbaycan  ərazisinə çatdırılmış malın  gömrük  rəsmiləşdirilməsi  prosedurasına  görə  məsuliyyəti müştəri daşıyır. 

6.3. Malın gömrük  rəsmiləşdirilməsinə qədər  Xidmət  haqqının  ödənilməsi  mütləq  şərtdir. 

6.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmanın 6.1 maddəsində nəzərdə tutulmuş  tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.  

6.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları  tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər. 

  

7. Daşıma haqqı, daşınma şərtləri və ödəniş.

7.1.   Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı  www.glex.az  saytında yerləşdirilib. 

7.2.  Yükün çatdırılma haqqı  Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.  

7.3.  İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.  

7.4.  Müştəri, İcraçının internet səhifəsində (www.glex.az internet səhifəsində “Daşınılmasına icazə yoxdur”) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır 

7.5.   Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

7.6.  Müştəri hazırkı şərtləri qəbul etməknən  www.glex.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:  • Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru  • Çəki və həcm formulası  • Ölçü konvertoru  • Ölçülər cədvəli  • Qabarit çəki hesablamalar  

7.7. Hazırkı şərtlərin 7.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən  Müştərinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər sözlərlə -yükün ona çatdırılması ilə əlaqədar İcraçının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə  Müştərinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalçün - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış,  Müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir. 

7.8. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

7.9.   Müştəri anlayır və qəbul edirki daşıma üçün İcraçının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə  Müştərinin nəzərinə yükün daşıma üçün göndərilməsinə dair qısa məlumat verilir:  Yüklər həftə ərzində İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olur və orda daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. İcraçının anbarının digər ölkədə yerləşməsini nəzərə alaraq, saat fərqini nəzərə alaraq, elektron əlaqə vasitələrində yarana bilən gecikmələri və dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən İcraçı tərəfindən tam nəzarətin edilə bilməməsini nəzərə alaraq,  Müştərinin gec məlumat verməsini və digər obyektiv halları nəzərə alaraq,  Müştəri tərəfindən yükün daşımasından imtina etməsi tələbi (HIGH TECHNOLOGIES ENTERPRISE MMC-nin xidmətlərindən imtina etməsi) bəzi hallarda icrası mümkün olmaya bilər. Misalcun:  Müştəri yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilib. Bu halda  Müştəri başa düşməlidir ki, onun yükün daşımasından imtinası səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən sökübonun yükünü ayırmaq və geri qaytarmaq həm xərclər həmdə prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, İcraçı  Müştərinin imtina tələbinə əsasən, onun yükünün daşıma üçün dayandırılması məqsədilə bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək.  

7.10.  Müştəri hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi İcraçı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda,  Müştərinin İcraçıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.  

7.11.  Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (PASHA Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır. 

 

8. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər.

8.1. İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 30 (otuz gün) gün ərzində  Müştəri  tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.  

8.2. Hazırkı şərtlərin 8.1-ci maddəsində nəzərdə tutulmuş müddət  Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 qəpik miqdarında saxlama haqqı tutulur.  

8.3.  Müştərinin onun adına Bakı ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 6 (altı) ay müəyyən edilir. 6 (altı) aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.  

8.4.  Müştərinin onun adına xarici anbara (ABŞ anbarı istisna olmaqla) daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu  gündən) 3 (üç) ay müəyyən edilir. 3 aydan sonra şirkət  məhsulun  məhv  edilməsi  hüququna  malikdir.  

8.4.1.  Müştərinin onun adına ABŞ anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 14 (on dörd) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət  Müştəri tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1ABŞ dolları miqdarında saxlama haqqı hesablanır.  

8.5.  Müştərinin onun adına müvafiq ölkədə yerləşən anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 30 (otuz) gün müəyyən edilir. 30(otuz) gündən sonra şirkət məhsulun məhv  edilməsi  hüququna  malikdir.  

8.6.  Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.  

8.7. Hazırkı şərtlərin 8.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və  Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet email vasitəsilə) göstəriş verilmədiyi və yaxud  Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet emailvasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll edilir.  

8.8.  Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir.  Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük  Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.  

8.9.  Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı  zədələndiyi  haqqında iddia qəbul edilmir.  

8.10.  Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına  Müştərinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.  

 

9. Baxışın keçirilməsi hüququ.

9.1.  Müştəri anlayır və qəbul edirki İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi  hüququ vardır.

 

10. Yüklərin qorunmasına görə məsuliyyət.

 10.1. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud  Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır. 

10.2. Göstərilən xidmət çərçivəsində Icraçı satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, zədələnməsinə, tamlığına, tərkibinə, vaxtında çatdırılmasına görə məsuliyyət daşımır.

10.3. İcraçı hər hansı bir səbəbdən yanlış gələn məhsulun geri qaytarılmasına heç bir məsuliyyət daşımır. Bu hallarda Müştəri satıcı ilə əlaqə saxlayaraq problemin həllində özü iştirak etməlidir. 

 

11. Fors Major.

11.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət  (və ya tərəflər)  tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.  

11.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.  

11.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.  

11.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır.  

11.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.  

 

12. Digər hallar.

12.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi   əsasında tənzimlənir.  

12.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.  

12.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.


13.Bağlamaların sığortalanması.

"Glex"in dəyərli müştəriləri, yeni kampaniyalarımızla sizi sevindirməyə davam edirik!

Müəyyən şərtlər daxilində daşınan məhsullar, daşınma ərəfəsində meydana gələ biləcək itki və zərərlərə qarşı "Glex" şirkəti tərəfindən ödənişli qaydada sığortalanır. Xidmətimizdən istifadə etmək üçün karqonuzun sığortalanmasını istədiyinizi əvvəlcədən deməyiniz xahiş olunur.

Bunun üçün siz sifariş etdiyiniz məhsulları ofislərimizdən təhvil aldığınız zaman sifarişlərinizi yoxlayırsınız, sifarişinizdə hər hansı bir problem olduqda (əskik, qırıq, yanlış, yararsız məhsul) əməkdaşlarımıza yerindəcə məlumat verirsiniz. Əməkdaşımız sifarişinizlə bağlı çətinliyi təyin edərək sizə məhsulun ödənişini və çatdırılma ödənişini geri qaytarır.

4 azn sığorta haqqı - 25% məhsulun dəyərinin geri qaytarılması

8 azn sığorta haqqı - 50% məhsulun dəyərinin geri qaytarılması

12 azn sığorta haqqı - 100 % məhsulun dəyərinin geri qaytarılması

Sığorta xidmətinin şərtləri:

  • Qırılan, istifadə olunmuş mallar sığortalanmır.
  • Elektronik cihazlar vizual yoxlanılır.
  • Cihazın sazlığına şirkət cavabdehlik daşımır.
  • Bağlamalarınızı ofislərimizdən təhvil aldığınız zaman ofisimizdə yoxlayıb, problem ilə bağlı (əskik, qırıq, yanlış, yararsız məhsul) əməkdaşlarımıza yerindəcə məlumat verməlisiniz.
  • Məhsul müştəriyə təhvil verilən zaman müştəri məhsulu yoxlayıb sonra götürməlidir, əks halda sığorta avtomotik ləğv olunur.

Bağlamanızı kuryer xidmətimizlə əldə etdiyiniz zaman isə kuryer əməkdaşımızın yanında yoxlayırsınız, sifarişinizdə hər hansı bir yanlışlıq və s. olduğu təqdirdə kuryer əməkdaşımıza məlumat verirsiniz. Biz yenə də bu yanlışlığı təyin edərək, sizə məhsulun ödənişini və çatdırılma ödənişini geri qaytarırıq.